Bu gün Azərbaycan Premyer Liqasında üçüncü tur çərçivəsində daha iki oyun keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə, günün ilk matçı Qəbələdə baş tutacaq. Bölgənin eyniadlı təmsilçisi "Sumqayıt"ı qəbul edəcək.
Daha sonra "Zirə" səfərdə "Səbail"in qonağı olacaq. Görüş "ASCO Arena"da saat 20.00-da baş tutacaq.
Azərbaycan Premyer Liqası, III tur
19 avqust (şənbə)
18:00. "Qəbələ” – "Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
20:00. "Səbail” – "Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Rüfət Əmirov
"ASCO Arena”
Turun dünən keçirilən ilk matçında aşağıdakı nəticə qeydə alınıb.
"Kəpəz" - "Turan Tovuz" 0:2
Səbuhi Həsənov