Xəbər lenti

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun baş tutacaq
İdman05:44 23.12.2023

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun baş tutacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
102888Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində bu gün daha iki oyun baş tutacaq.
Qaynarinfo-nun məlumatına görə,  əvvəlcə "Turan Tovuz" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək. Rəvan Həmzəzadənin idarəçilik edəcəyi qarşılaşma saat 16.00-da başlayacaq.
Günün son oyunu Sumqayıtda, "Kapital Bank Arena"da keçiriləcək. Baş hakim Rəşad Əhmədovun idarəçiliyi fonunda "Sumqayıt" doğma azarkeşlər önündə "Səbail"lə görüşəcək. 
Turun dünən baş tutab bir matçında aşağıdakı nəticə qeydə alınıb:
"Qəbələ" - "Sabah" 1:0
Azərbaycan Premyer Liqası, 18-ci tur
23 dekabr (şənbə)
16:00. "Turan Tovuz” – "Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
18:30. "Sumqayıt” – "Səbail”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Kapital Bank Arena”
"Qarabağ" - 38, "Zirə" - 29, "Səbail" -26, "Araz-Naxçıvan" - 26, "Neftçi" - 25, "Sumqayıt" - 24, "Sabah" - 22, "Turan Tovuz" - 19, "Kəpəz" - 14, "Qəbələ" - 14
Səbuhi Həsənov