İdman 10:29 27.01.2024

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında 20-ci tur davam edir.
 
Qaynarinfo-nun məlumatına görə, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq. Əvvəlcə "Qarabağ" səfərdə "Kəpəz"in qonağı olacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüşü Nicat İsmayıllı idarə edəcək. 
 
Günün ikinci matçında "Zirə" doğma meydanda "Sabah"ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün baş hakimi Rauf Cabarov olacaq.

Azərbaycan Premyer Liqası, 20-ci tur

15:00. "Kəpəz” – "Qarabağ”
 
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

17:30. "Zirə” – "Sabah”
 
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Turun dünən baş tutan ilk qarşılaşmasında aşağıdakı nəticə qeydə alınıb
 
"Turan Tovuz" - "Səbail" 3:1
 
"Qarabağ" - 44, "Zirə" - 30, "Sumqayıt" - 30, "Neftçi" - 29, "Səbail" - 27, "Araz-Naxçıvan" - 26, "Turan Tovuz" - 25, "Sabah" - 23, "Kəpəz" - 17, "Qəbələ" - 14 

Səbuhi Həsənov