Azərbaycan Premyer Liqasında VI tur davam edir.
Qaynarinfo xəbər verir ki, bu gün daha iki qarşılaşma keçiriləcək. Əvvəlcə "Sabah" səfərdə "Keşlə"nin qonağı olacaq. Saat 17.00-da "ASK Arena"da baş tutacaq görüşü Rəşad Əhmədov idarə edəcək. Hazırda turnir cədvəlinin son iki pilləsində məskunlaşan "qonşular" indiyədək ölkə çempionatında 10 dəfə qarşılaşıblar. Bu oyunların 4-də meydan sahibləri, 1-də qonaqlar qələbə qazanıblar. 4 matçda isə qalib müəyyənləşməyib. Topların nisbəti də Sənan Qurbanovun baş məşqçisi olduğu komandanın xeyrinədir - 12:6. "Sabah” son 9 matçda qələbə qazanmayıb. Son üç görüş heç-heçə başa çatıb.
Günün son oyununda "Neftçi" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu, komandaların aralarındakı 16-cı Premyer Liqa matçı olacaq. Əvvəlki 15 qarşılaşmada qonaqlar 10, meydan sahibləri 2 qələbə qazanıb. 3 görüş isə heç-heçə yekunlaşıb. Top fərqi də "Ağ-qaralar"ın xeyrinədir - 34:10. "Neftçi” ardıcıl 4 oyunda qələbə qazanıb. "Səbail” isə son 8 matçda qalib gələ bilməyib.
Azərbaycan Premyer Liqası
VI tur
2 oktyabr (şənbə)
17:00. "Keşlə” –"Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"ASK Arena”
19:15. "Səbail” – "Neftçi”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"ASCO Arena”
Turun ilk qarşılaşmasında aşağıdakı nəticə qeydə alınıb.
"Zirə" - "Sumqayıt" 1:0
Tura sabah "Qarabağ" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.
"Qəbələ" - 11, "Qarabağ" - 11, "Zirə" - 11, "Neftçi" - 10, "Sumqayıt" - 7, "Səbail" - 6. "Sabah" - 1, "Keşlə" - 1
Səbuhi Həsənov