1237Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.
Qaynarinfo-nun məlumatına görə günün ilk görüşündə "Sabah" səfərdə "Kəpəz"lə üz-üzə gələcək. Komandalar indiyədək ölkə çempionatında yalnız 1 dəfə qarşılaşıblar. Mövsümün ilk dövrəsinə təsadüf edən qarşılaşmada "Sabah" 5:0 hesablı qələbə qazanıb.
Günün son oyununda isə "Sumqayıt" "Səbail"i qəbul edəcək. Bu, tərəflərin Premyer Liqada 20-ci dueli olacaq. Əvvəlki 19 matçın 9-da "gənclik şəhəri" təmsilçisi, 7-də isə "dənizçilər" meydandan qələbə ilə ayrılıb. Qalan 3 görüşdə qalib müəyyənləşməyib. Top fərqində "Sumqayıt"ın üstünlüyü nəzərə çarpır - 23:15. Son 5 oyunda meydan sahibi olan komanda uduzmayıb. "Sumqayıt” son 4 ev qarşılaşmasında xal itirməyib.
Azərbaycan Premyer Liqası, XVII tur
14 dekabr (çərşənbə)
14:00. "Kəpəz” – "Sabah”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov
VAR: Vüqar Həsənli, Cəmil Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Gəncə şəhər stadionu.
19:00. "Sumqayıt” – "Səbail”
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Kapital Bank Arena”.
17 turun əvvəlki oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.
"Şamaxı" - "Zirə" 0:0
"Qarabağ" - "Qəbələ" - 1:0
"Qarabağ" - 47, "Sabah" - 39, "Neftçi" - 32, "Zirə" - 27, "Qəbələ" - 24, "Turan Tovuz" - 16, "Şamaxı" - 13, "Səbail" - 10, "Kəpəz" - 10, "Sumqayıt" - 9
Səbuhi Həsənov