Xəbər lenti

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
İdman06:12 24.12.2022

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları davam edir.
Qaynarinfo xəbər verir ki, ilin son turunun ikinci oyun günündə daha 2 oyun baş tutacaq. 
Əvvəlcə "Qəbələ" evdə "Turan Tovuz"u sınağa çəkəcək. "Qəbələ" indiyədək ölkə çempionatında "Turan Tovuz"la cəmi 1 dəfə üz-üzə gəlib. "Qəbələ” yeganə oyunda qalib gəlib (2:0). Tovuz təmsilçisi qol vurmayıb.
Günün digər oyununda isə "Qarabağ" səfərdə "Səbail"in qonağı olacaq. Komandalar bunadək Premyer Liqada 20 dəfə qarşılaşıb. Bunların 16-da ağdamlılar, 2-də isə Bakı təmsilçisi sevinib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 41:8. "Qarabağ” son 3 oyunda qələbə qazanıb. Son 5 matçda üç və ya daha çox qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası
XVIII tur
24 dekabr (şənbə)
15:00. "Qəbələ” – "Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Qəbələ şəhər stadionu.
17:30. "Səbail” – "Qarabağ”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
"ASCO Arena”.
Turun dünən baş tutan oyunlarında aşağıdakı nəticə qeydə alınıb:
 
"Neftçi" - "Şamaxı" 3:0
"Sumqayıt" - "Sabah" 0:6 
"Qarabağ" - 47, "Sabah" - 43, "Neftçi" - 38, "Zirə" - 27, "Qəbələ" - 24, "Turan Tovuz" - 16, "Şamaxı" - 13, "Suqmayıt" - 12, "Kəpəz" - 11, "Səbail" - 10 
Səbuhi Həsənov