Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində bu gün daha iki oyun keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə əvvəlcə "Səbail" "ASCO Arena"da "Sumqayıt"ı qəbul edəcək.
Komandalar buna qədər 20 oyunda üz-üzə gəlib. Bunların 7-də "Səbail" 10-da "Sumqayıt" qələbə qazanıb. Qalan 3 görüş heç heçə nəticələnib. Top fərqində sumqayıtlıların üstünlüyü var - 15:25
Son 6 görüşdə meydan sahibi olan komanda uduzmayıb. "Səbail” son üç ev qarşılaşmasının hərəsində 1 qol vurub.
Günün digər qarşılaşmasında "Sabah”la "Kəpəz” üz-üzə gələcək. Kollektivlərin buna qədər cəmi 2 görüşü olub ki, onların birində "Sabah" qələbə qazanıb, digərində heç-heçə qeydə alınıb. "Sabah” hər iki oyunda qol vurub. "Kəpəz” qalib gəlməyib. Top fərqi də "Sabah"ın xeyrinədir - 7:2
Premyer Liqa
25-ci tur
4 mart (şənbə)
16:00. "Səbail” – "Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
"ASCO Arena”
18:30. "Sabah” – "Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Bank Respublika Arena”
Turun dünən keçirilmiş bir matçında aşağıdakı nəticə qeydə alınıb:
"Zirə" - "Şamaxı" 2:2
"Qarabağ" - 62, "Sabah" - 53, "Neftçi" - 49, "Zirə" - 36, "Qəbələ" - 32, "Turan Tovuz" - 26, "Kəpəz" - 20, "Şamaxı" - 20, "Sumqayıt" - 18, "Səbail" - 17"
Səbuhi Həsənov