Xəbər lenti

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
İdman06:14 11.03.2023

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün daha iki oyun baş tutacaq.
Qaynarinfo-nun məlumatına görə məlumatına görə, günün ilk matçı Tovuzda baş tutacaq. "Qəbələ” səfərdə "Turan Tovuz”un qonağı olacaq.
Günün digər matçı "Azərsun Arena"da keçiriləcək. "Qarabağ" Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşan "Səbail"lə qarşılaşacaq.
Premyer Liqa
26-cı tur
11 mart (şənbə)
15:00. "Turan Tovuz” – "Qəbələ”
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tovuz şəhər stadionu
18:00. "Qarabağ” – "Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Azersun Arena”
Turun ilk oyun günündə aşağıdakı nəticələr qeydə alınıb.
"Kəpəz” - "Zirə” 1:1
"Sabah" - "Sumqayıt” 4:0
"Qarabağ" - 65, "Sabah" - 59, "Neftçi" - 52, "Zirə" - 37, "Qəbələ" - 32, "Turan Tovuz" - 26, "Sumqayıt" - 21, "Kəpəz" - 21, "Şamaxı" - 20, "Səbail" - 17
Səbuhi Həsənov