Xəbər lenti

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
İdman07:05 22.04.2023

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində daha iki oyun baş tutacaq. 
Qaynarinfo-nun məlumatına görə günün ilk qarşılaşmasında "Turan Tovuz" doğma meydanda "Sabah"la görüşəcək. İki komanda indiyədək ölkə çempionatında cəmi 3 dəfə qarşılaşıb. Bunlardan birində Qərb təmsilçisi, ikisində isə Bakı klubu qələbə qazanıb. Top fərqi "Sabah”ın xeyrinədir - 4:3. "Sabah" səfərdə quru hesabla qalib gəlib. Qonaq olan komanda hər üç matçda qol vurub.
Günün son qarşılaşması "ASCO Arena"da keçiriləcək. "Neftçi” səfərdə "Səbail"in qonağı olacaq. Komandalar arasında bunadək baş tutan 22 matçın cəmi ikisində meydan sahibləri, 17-də isə qonaqlar meydandan 3 xalla ayrılıb. Qalan 3 qarşılaşmada qalib müəyyənləşməyib.Top fərqində "Neftçi”-nin aşkar üstünlüyü var - 49:12. "Neftçi" son 11 oyunda qalib gəlib. "Səbail" ardıcıl 15 qarşılaşmada qələbə qazana bilməyib.
Azərbaycan Premyer Liqası, 31-ci tur
22 aprel (şənbə)
16:00. "Turan Tovuz" - "Sabah"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
VAR hakimləri: Tural Qurbanov, Vüsal Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Tovuz şəhər stadionu.
18:30. "Səbail" - "Neftçi"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
VAR hakimləri: İnqilab Məmmədov, Müslüm Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASCO Arena".
Turun ötən gün baş tutan qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb.
"Şamaxı” - "Kəpəz” 1:1
"Qarabağ” - "Zirə” 2:2
"Qarabağ” - 78, "Sabah” - 68, "Neftçi” - 60, "Qəbələ” - 42, "Zirə” - 42, "Turan Tovuz” - 29, "Kəpəz” - 29, "Sumqayıt” - 25, "Şamaxı” - 23, "Səbail” - 21
Səbuhi Həsənov