Azərbaycan Premyer Liqasında dördüncü tur davam edir.
Qaynarinfo-nun məlumatına görə, bu gün daha iki qarşılaşma keçiriləcək. Əvvəlcə "Turan Tovuz" doğma meydanda "Səbail"lə üz-üzə gələcək. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşmanı baş hakim Tural Qurbanov idarə edəcək. Hazırda altı xalı olan "Turan Tovuz" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Mövsüm başlayandan cəmi bir xal toplamağı bacaran "Səbail" isə doqquzuncu yerdədir.
Günün son qarşılaşması Bakıda keçiriləcək. "Sabah" səfərdə "Zirə"nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüşü Elçin Məsiyev idarə edəcək. Mövsümə yaxşı başlayan "Zirə" geridə qalan turların hamısında qələbə qazanıb. Hazırda turnir cədvəlinin birinci pilləsində yer alan Rəşad Sadıqovun komandasından fərqli, "Sabah" dörd xalla beşinci yerdədir.
Azərbaycan Premyer Liqası, 4-cü tur
17.00. "Turan Tovuz" - "Səbail"
Hakimlər: Tural Qurbanov, Akif Əmirəli, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu, 17:00
19.30. "Zirə” – "Sabah”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu
Turun dünən keçirilən qarşılaşmasında aşağıdakı nəticə qeydə alınıb.
"Araz Naxçıvan" - "Sumqayıt" 1:1
Səbuhi Həsənov