Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində bu gün daha iki qarşılaşma keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə, əvvəlcə "Qarabağ" "Kəpəz"i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 16:00-da başlayacaq.
Günün digər matçında "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək. "Kapital Bank Arena"da reallaşacaq görüş saat 18:00-da start götürəcək.
Azərbaycan Premyer Liqası, 12-ci tur
16:00. "Qarabağ” – "Kəpəz”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tofiq Bəhramov adına Respublika stadionu
18:00. "Sumqayıt” – "Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
"Kapital Bank Arena”
Turun ötən gün baş tutan qarşılaşmasında aşağıdakı nəticə qeydə alınıb
"Səbail" - "Turan Tovuz" 2:1
Səbuhi Həsənov