Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Səbail" Bayıldakı "ASCO Arena"da "Sabah"ı qəbu edəcək. Komandalar çempionatda 12 dəfə üz-üzə gəliblər. Bunların 5-də "dənizçilər", 4-də qonaqlar qələbə qazanıb. 3 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların fərqində "Səbail"in minmal üstünlüyü var - 13:12.
Tura "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Zirə"matçı ilə yekun vurulacaq. Premyer Liqada bu komandalar arasında baş tutan əvvəlki 24 matçın heç birində "Zirə" qələbə qazana bilməyib. 16 görüşdə "köhlən atlar" qələbə qazanıbsa, 8 oyun heç-heçə iə nəticələnib. Topların fərqində "köhlən atlar"ın aşkar üstünlüyü var - 50:12.
Azərbaycan Premyer Liqası
XIV tur
16 dekabr (cümə axşamı)
16:30. "Səbail” – "Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"ASCO Arena”.
19:00. "Qarabağ” – "Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Azersun Arena”.
İlk oyun günündə aşağıdakı nəticələr qeydə alınıb:
"Qəbələ" "Neftçi" 1:1
"Sumqayıt" - "Keşlə" 1:3.
Səbuhi Həsənov