Xəbər lenti

Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq
İdman05:32 08.08.2022

Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, son oyun günündə bir görüş keçiriləcək. uzun fasilədən sonra elitaya qayıdan "Turan Tovuz" doğma azarkeşlər önündə "Qəbələ"n qəbul edəcək. Tovuz şəhər stadionundakı qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək. Görüş saat 17:00-da start götürəcək.
İki komanda indiyədək ölkə çempionatında bir-birinə rəqib olmayıb.
Azərbaycan Premyer Liqası, 1-ci tur
8 avqust
17:00. "Turan Tovuz" – "Qəbələ"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR hakimləri: Nicat İsmayıllı, Cəmil Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu.
Turun əvvəlki oyunlarında aşağıakı nəticələr qeydə alınıb
"Kəpəz" - "Zirə" 1:2
"Qarabağ" - "Səbail" 3:1
"Şamaxı" - "Neftçi" 0:1
"Sabah" - "Sumqayıt" 3:0
Səbuhi Həsənov