Bu gün Azərbaycan Premyer Liqasında üçüncü tura start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutacaq. "Kəpəz" doğma stadionda "Turan Tovuz"u qəbul edəcək.
Hər iki kollektiv iki oyundan sonra üç xal toplayıb. Tərəflər ötən mövsüm çempionatda dörd dəfə üz-üzə gəlib. Bunların ikisində Tovuz klubu, birində isə Gəncə təmsilçisi qələbə qazanıb. Bir görüş heç-heçə yekunlaşıb. Topların fərqində də "Turan Tovuz" irəlidədir - 4:1.
18 avqust (cümə)
17:00. "Kəpəz” – "Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Şirmamed Mamedov, Əli Əliyev
VAR hakimləri: Rəşad Əhmədov, Cavanşir Yusifov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Gəncə şəhər stadionu
Səbuhi Həsənov