İdman 09:57 05.08.2022

Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə start veriləcək.

Qaynarinfo xəbər verir ki, 6 illik fasilədən sonra çempionaımızda yenidən 10 komanda görəcəyik. Digər yenilik isə VAR sistemi ilə bağlıdır. Azərbaycan Premyer Liqasında ilk dəfə VAR istemindən istifadə olunacaq.

I turun açılış matçı 4 ildən sonra elitaya qayıdan "Kəpəz"lə ötən mövsümün bürünc medalçısı "Zirə" arasında olacaq. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqibini "Dalğa Arena"da qəbul edəcək. Görüşdə ədaləti FIFA referisi Əliyar Ağayev qoruyacaq.

İki komanda indiyədək Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Bunların 3-də Gəncə təmsilçisi, 5-də isə Bakı klubu qalib gəlib. 4 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində də qəsəbə təmsilçisinin üstünlüyü var - 16:11. "Zirə” son 4 qarşılaşmada rəqibinə uduzmayıb. "Kəpəz” son iki ev oyununda qol vurmayıb.

Premyer Liqa
2022/23 mpvsümü
I dövrə, I tur
 
5 avqust
19.30 Kəpəz - Zirə
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
Hakim-inspektor: Ramil Diniyev.
VAR hakimləri: Vüqar Həsənli, Rəhman İmami.
Mərdəkan, "Dalğa Arena”.

Tura avqustun 6-sı, 7-si və 8-də keçiriləcək "Qarabağ" - "Səbail", "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.
 
Səbuhi Həsənov