Xəbər lenti

Azərbaycan Premyer Liqasını tərk edən komanda məlum oldu
İdman18:45 27.05.2023

Azərbaycan Premyer Liqasını tərk edən komanda məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasını tərk edən komanda müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, "Şamaxı” sonuncu - 36-cı turda səfərdə "Səbail”ə uduzaraq (0:1)  elita ilə vidalaşıb.
"Səbail”i Premyer Liqada saxlayan qolu 45+1-ci dəqiqədə Franko Mazurek vurub.
Bu nəticədən sonra paytaxt təmsilçisi 29 xalla 9-cu yeri tutub. "Şamaxı” isə 25 xalla 10-cu olub. Bölgə təmsilçisi növbəti mövsüm I Divizionda mübarizə aparacaq.