Xəbər lenti

Azərbaycan Premyer Liqasında koronavirus şübhəsi: Oyun təxirə salındı (YENİLƏNİB)
İdman08:20 06.11.2020

Azərbaycan Premyer Liqasında koronavirus şübhəsi: Oyun təxirə salındı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında IX turun "Sabah” - "Zirə” oyunu bəzi futbolçular yenidən COVİD-19 testindən keçəcəyi üçün bu gün baş tutmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) yaydığı açıqlamada bildirilir. Oyunun tarixi ilə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.
PFL-in Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev "Rrport"a bildirib ki, "Zirə" ilə ev oyunu öncəsi "Sabah"ın klubunun bəzi futbolçularında koronavirus şübhəsi təsbit edilib. PFL rəsmisi futbolçuların adlarını açıqlamayıb.
12.03
Azərbaycan Premyer Liqasında IX turun bu gün keçirilməsi nəzərdə tutulan "Sabah" - "Zirə" matçı təxirə salınıb.
Bu barədə Qaynarinfo-ya Masazır təmsilçisinin Mətbuat xidmətindən məlumat verilib.
Matçın göstərilən tarixdə baş tutmamasının dəqiq səbəbi yaxın saatlarda açıqlanacaq.
Qeyd edək ki, görüş saat 16:00-da start götürməli idi.