Xəbər lenti

Azərbaycan prezidenti Belçika Krallığının baş nazirinə başsağlığı verib
Ölkə09:10 22.03.2016

Azərbaycan prezidenti Belçika Krallığının baş nazirinə başsağlığı verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev Belçika Krallığının baş naziri Şarl Mişelə başsağlığı verib.

Dövlət başçısı Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini qeyd edib: “Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Qaynar.info