Xəbər lenti

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)
Ölkə12:01 23.09.2023

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib.
"Report”un Qarabağ bürosu xəbər verir ki, yanacaqla dolu 2 nəqliyyat vasitəsi Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Hazırda yanacaq daşıyan nəqliyyat vasitələri Xankəndi istiqamətində hərəkət edir.
Yanacağın ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.
Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.