Bu gün milli komandamız 2016-cı ildə ilk oyununa çıxıb. Qaynar.info xəbər verir ki, yığmamız Qazaxıstanla yoxlama oyunu keçirib.
Türkiyənin Antalya şəhərindəki “Gloria Sports Arena” stadionunda baş tutan oyunun taleyini 1 qol həll edib. 8-ci dəqiqədə fərqlənən Məqsəd Bəycanov millimizin 2016-cı ildə keçirdiyi ilk oyundan məğlub ayrılmasına səbəb olub.
Qeyd edək ki, bu Azərbaycan və Qazaxıstan yığmaları arasında 9-cu qarşılaşma olub. Əvvəlki 8 qarşılaşmada komandalar hərəyə 2 qələbə qazanıb, 4 matç "sülh"lə bitib. Top fərqi də eynidir - 12:12.
Bu oyunlardan 2-si AVRO-2008-in (hər iki oyun 1:1 hesabı ilə başa çatıb), 2-si AVRO-2012-nin (qazaxlar 2:1, millimiz 3:2 hesablı qələbə qazanıb) seçmə mərhələsində baq tutub. İlk 2 oyunda millimizə Şahin Diniyev, qalan 2 matçda Berti Foqts başçılıq edib. Qalan 4 qarşılaşma isə yoldaşlıq oyunu xarakteri daşıyıb.
Antalya
Yoldaşlıq görüşü
26 mart
19.00 Azərbaycan - Qazaxıstan 0:1
Qol: Məqsəd Bəycanov, 8.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev (15. Ruslan Abışov, 74), 5. Maksim Medvedev (3. Məhəmməd Mirzəbəyov, 46), 6. Bədəvi Hüseynov, 7. Araz Abdullayev (10. Elvin Məmmədov, 69), 11. Ruslan Qurbanov, 13. Dmitri Nəzərov, 14. Rəşad Sadıqov (k) (16. Tərlan Quliyev, 46), 18. Ağabala Ramazanov (17. Cavid Tağıyev, 46), 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov (9. Namiq Ələsgərov, 61).
Ehtiyat oyunçular: 12. Aqil Məmmədov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 20. Rəşad Eyyubov, 24. Toğrul Erat, 25. Murad Səttarlı.