Xəbər lenti

Azərbaycan qazının Avropaya nəqli ilə bağlı layihə çərçivəsində daha bir mərhələ başa çatdı
Ölkə16:39 22.03.2019

Azərbaycan qazının Avropaya nəqli ilə bağlı layihə çərçivəsində daha bir mərhələ başa çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üçün mühəndis-sahibkar seçilib. Bu barədə Trend-ə şirkətdən məlumat veriblər.
Bildirilib ki, ICGB layihə şirkəti IGB üçün mühəndis-sahibkarın seçilməsi üzrə dövlət satınalmaları prosedurunu uğurla yekunlaşdırıb. ICGB tərəfindən təyin olunan komissiya TIBEI konsorsiumunu podratçı qismində seçib. Konsorsium əsas xidmətlər paketinə daha qənaətcil qiymət təklif edib – 5,67 milyon avro.
TIBEI – "Tractebel Engineering SA" (Belçika), "Tractebel Engineering SRL" (İtaliya), "INTBER GMBH" (Avstriya), "psilon Consult OOD" (Bolqarıstan) və "Engineering EAD" (Bolqarıstan) şirkətlərini özündə birləşdirən konsorsiumdur.
Qeyd olunub ki, mühəndis-sahibkarın seçilməsi layihənin yekunlaşdırılması üçün 3 əsas tenderdən biridir. Mühəndis-sahibkar hazırlıq mərhələsi və tikinti prosesi zamanı IGB layihəsinin reallaşdırılmasına nəzarət edən əsas müqaviləçidir.
Mühəndis-sahibkarın vəzifələrinə sifarişçiyə tikinti mərhələsində boru kəməri istifadəyə verilənə qədər layihənin reallaşdırımasında kömək göstərilməsi, həmçinin layihə ilə bağlı bütün əsas müqavilələrin, o cümlədən boru kəmərlərinin tədarükü, layihələndirmə və tikinti üzrə müqavilələr də daxil olmaqla idarə edilməsi daxildir.