Xəbər lenti

Azərbaycan Qəzzaya 632 min dollar yardım etdi
Ölkə08:10 29.11.2014

Azərbaycan Qəzzaya 632 min dollar yardım etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan hökuməti Qəzza zolağında fələstinli qaçqınlara yardım etmək və təşkilatın işinə dəstək vermək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) 632 min ABŞ dolları məbləğində vəsait ayırıb.
Qaynar.info "Report"a istinadən xəbər verir ki, Azərbaycanın Beynəlxalq İnkişaf Agentliyinə ayırdığı vəsait UNRWA təşkilatının 18 məktəbində məskunlaşmış 30 000-dən artıq insanın qida məhsulları ilə təmin olunması, su təchizatı və kanalizasiya xidmətlərinin ödənilməsinə, psixoloji-sosial yardımın göstərilməsinə və evsiz insanlar üçün evlərin kirayə götürülməsinə sərf olunacaq. 
UNRWA rəhbəri Pyer Krexenbül Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib və bunun agentlik üçün ayrılan ilk yardım olduğunu qeyd edib.
"Bu yalnız Qəzza üçün faydalı olmayacaq, həmçinin fələstinli qaçqınlarla bağlı Azərbaycanla daha sıx əlaqələrin qurulmasına imkan yaradacaq", - P.Krexenbül əlavə edib.  
UNRWA - Baş Assambleya tərəfindən 1949-cu ildə təsis olunan Birləşmiş Millətlər Təşkilatının agentliyidir. Onun missiyası İordaniya, Liviya, Suriya, Qərb sahildə və Qəzza sektorunda fələstinli qaçqınlara yardım etməkdən ibarətdir. 
Xatırladaq ki, Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim "Report"a bildirib ki, Azərbaycan Fələstinə 500 000 manat məbləğində humanitar yardım görstərib. 
Qaynar.info