
UEFA-ya üzv ölkələrin yeni “Fair Play” reytinqi açıqlanıb.
Qol.Az-ın məlumatına görə, klub və yığma komandalar arasında keçirilmiş matçlar əsasında hazırlanan siyahının son bir il üçün yekun cədvəli bəlli olub. İsveç, Norveç və Finlandiya siyahıya başçılıq edir. UEFA-nın qaydalarına əsasən bu ölkələrin klubları Avroliqada iştrak etmək üçün əlavə bir vəsiqə qazanıb.
Azərbaycan isə 53 ölkə arasında 31-ci yerdə qərarlaşıb. Bu müddətdə 49 oyun keçirmiş komandalarımız ölkəmizin aktivinə 7,725 xal yazdırıblar.
Qonşu Rusiya bu siyahıda 29, Türkiyə 46, Ermənistan isə 49-cu pillədə yer alıb.
Qaynar.info