"Azərbaycan tezliklə quru sərhədinin açılması ilə bağlı bir qərar verilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspertin sözlərinə görə, pandemiya artıq sönmək üzrədir:
"Ölkədə quru sərhədlərin bağlı olmasının səbəbi pandemiya və yoluxma sayının böyük olması idi. İndi demək olar ki, yoluxma sayı tamamilə düşüb. Hamı xəstələnib, sağalıb və vaksinasiya olunub. Artıq son günlərin statistikası göstərir ki, yoluxma sayı gözlənildiyindən də aşağı enib. Odur ki, quru sərhədləri bağlı saxlamaya ehtiyac yoxdur”.
Bahar Rüstəmli