Xəbər lenti

Azərbaycan radikal təkrifçilərinin lideri kimdir?
Ölkə06:45 21.01.2015

Azərbaycan radikal təkrifçilərinin lideri kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azərbaycanda radikalizmi gizli yayan və dindar gəncləri qızışdıran, ölkədə Ləzgi məscidini idarə edən və “kafirlərə qarşı mübarizə” adı altında Azərbyacanı cəhənnəmə çevirmək istəyən şəxs ərəb ölkələrində radikal islamçı kimi tanınmış Gürcüstan vətəndaşı Veysəl Orucovdur”.
Axar.az-ın elektron ünvanına bu sözlərlə müraciət edən şəxslər V.Orucovun dini qurumlara müdaxilə etdiyini, hətta ardıcıllarına fitva verdiyini də iddia edib: “Veysəl Orucov əslən azərbaycanlı olduğu üçün ölkədə dini duruma müdaxilə edir və fitvalar verir. Orucovun  arxasında hansı ölkələrin kəşfiyyat xidməti durur, bu, hamıya məlumdur. Əlbəttə, Gürcüstanın strateji müttəfiqi olan ölkələr”.
Məktubda o da qeyd olunub ki, V.Orucov Azərbaycandan Misir, Qətər və digər ərəb ölkələrinə gizli şəkildə tələbələr göndərir: “V.Orucov Azərbaycandan əsasən radikal fikirli təkfirçiləri və xəvaricləri təhsil almaq üçün Misirə, Qətərə və digər ərəb ölkələrinə göndərir. Həmin radikal təhsil görmüş insanlar da bir müddətdən sonra Azərbaycana qayıdır və Veysəlin təlimatlarına görə hərəkət edirlər. Məsələn, Ləzgi məscidində Ləzgi Anar kimi tanınan şəxs var. Bu adam məsciddə sərt rejim yaradıb. Camaatı cümə namazı qılmağa məcbur edir. O, gənclərə valideynlərinin icazəsi olmadan kəbin kəsir. Soruşduqda isə, “Onlar kafir olduğu üçün icazə lazım deyil”, – deyir. Bu şəxs məhz Veysəl Orucov tərəfindən ərəb ölkələrində yetişdirilib”.
Yada salaq ki, ötən ilin mayında azərbaycanlı sələfilər arasında qarşıdurma yaşanmışdı. Belə ki, fəaliyyətini dayandırmış Əbubəkr məscidinin imamı Qamət Süleymanov vəhhabilərin öndə gedənlərindən olan Veysəl Orucovu tənqid etmişdi. Onun ad çəkmədən V.Orucovla bağlı “bidətçilərlə” oturub-durduğunu söylədiyi deyilir. Vəhhabilərin imamı Orucovu Suriyada döyüşən azərbaycanlıları dəstəklədiyi üçün də tənqid edib. Bu isə V.Orucovun ətrafında olan vəhhabilərin xoşuna getməyib. 
Qaynar.info