Xəbər lenti

Azərbaycan reytinqdə gerilədi
İdman06:50 24.08.2018

Azərbaycan reytinqdə gerilədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Liqasının pley-off mərhələsində keçirilən ilk oyunlardan sonra UEFA reytinqi açıqlanıb.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, oynanılan matçlardan sonra Azərbaycanın mövqeyi dəyişib. Təmsilçimiz "Qarabağ" "Şerif"ə uduzduğu üçün xal ehtiyatımız artmayıb. 18.250 xalı olan ölkəmiz 1 pillə geriləyərək 26-cı pilləyə düşüb. Bundan əvvəl 27-ci pillədə olan Norveç isə 24-cü pilləyə yüksəlib.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18.375 xalı var.