Xəbər lenti

Azərbaycan-Rusiya görüşünə bilet qalmadı
İdman13:53 08.10.2013

Azərbaycan-Rusiya görüşünə bilet qalmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Biletlər həm ayrı-ayrılıqda, həm də cüt şəklində satılır.

Oktyabrın 15-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya matçına bilet satışı başa çatıb. Apasport.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

AFFA-nın şimal qonşularımız üçün ayırdığı biletlərə tələbat böyük olduğundan, tezliklə tükənib. Ölkəmizdə isə bilet satışı hələ də davam edir. Futbolsevərlər biletləri “Bakcell Arena”nın kassalarından, “Park Bulvar” alış-veriş və “28 MaII” ticarət mərkəzlərindən ala bilərlər.

Şimali İrlandiya və Rusiya millərinə qarşı keçirəcəyimiz görüşlərə biletlər həm ayrı-ayrılıqda, həm də cüt şəklində satılır. Belə ki, azarkeşlər istədiyi oyuna bilet almaq imkanı ilə yanaşı, hər 2 matçı izləmək üçün güzəştli bilet ala bilərlər. Lakin bu güzəşt VİP sektora aid edilmir.

Qeyd edək ki, Azərbaycan – Rusiya görüşü “Bakcell Arena”da keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

Qaynar.info