Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sonuncu matçına çıxır.
Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Rusiya olacaq.
Komandamız tsiklin son matçında müsbət nəticə qazanmağa çalışacaq. Amma qrup lideri ilə görüşdə Berti Foqtsun yetirmələrinin işi heç də asan olmayacaq.