Xəbər lenti

Azərbaycan - Rusiya sərhədində problem həll edildi
Ölkə15:41 25.06.2016

Azərbaycan - Rusiya sərhədində problem həll edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsulları sərhəddən maneəsiz keçir.

Azərbaycandan Rusiya bazarlarına göndərilən kənd təsərrüfatı mallarının qonşu ölkəyə aparılmasında heç bir problem yoxdur

ANS PRESS-in məlumatına görə, bu sözləri Xaçmaz rayon Gömrük  İdarəsinin Samur gömrük keçid məntəqəsinin rəis müavini Cavid Nadirov deyib.

Rusiya gömrüyü Azərbaycan fermerlərinin problemlərini tam həll etməyib

O, həmçinin bu il mayın  1-dən ölkəmizdən Rusiyaya göndərilən məhsulun həcmini açıqlayıb.

 “Samur gömrük postundan mövsüm başlayandan 3145 yük avtomobili meyvə-tərəvəz məhsulu qeydə alınaraq Rusiyaya  yola salınıb. Ümumilikdə, 62236 ton meyvə-tərəvəz məhsulu Samur gömrük postunda qeydiyyata alınaraq  ixrac olunub. Bunlardan 49127 tonu tərəvəz, 13107 ton isə meyvə məhsulu olub. Rusiya Fedeal Gömrük əməkdaşları tərəfindən Azərbaycandan ixrac olunan məhsulllara heç bir maneə törədilmir”,- deyə Cavid Nadirov bildirib.

Ümumilikdə, mayın 1-dən Xaçmaz gömrük idarəsindən indiyə qədər həm avtomobil, həm də dəmiryolu vasitəsilə  115780 ton  meyvə-tərəvəz  məhsulu Rusiya bazarlarına ixrac edilib.

Bu ayın əvvəlindən Rusiya tərəfi Azərbaycandan  gedən malların bir qismini başqa ölkənin məhsulu hesab edərək bazarlara çıxışına qadağa qoymuşdu. Artıq problem ANS-in çıxışından və Dövlət Gömrük Komitəsinin (DGK) müdaxiləsindən sonra həll olunub.

Qaynarinfo.az