Xəbər lenti

Azərbaycan Rusiyanın homopolimer idxalında liderdir
Ekonomiks10:55 04.06.2020

Azərbaycan Rusiyanın homopolimer idxalında liderdir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın "SOCAR Polymer” şirkətinin istehsal etdiyi polipropilen homopolimer Rusiyanın bu məhsul idxalında ilk sıradadır.
Qaynarinfo xəbər verir ki, aprel ayında Rusiyanın polipropilen homopolimer idxalında "SOCAR Polymer”in payı 61%, 2020-ci ilin əvvəlindən isə 42% təşkil edib.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb. İlkin olaraq məhsul Türkiyə bazarına ixrac olunub.