Xəbər lenti

Azərbaycan Rusiyaya qəza ilə əlaqədar elektrik enerjisi ötürüb
Ekonomiks14:23 13.12.2018

Azərbaycan Rusiyaya qəza ilə əlaqədar elektrik enerjisi ötürüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Rusiyanın enerji sistemində baş vermiş qəza ilə əlaqədar olaraq, Azərbaycan bu ölkəyə 16,4 mln. kVt/s elektrik enerjisi ötürüb. 
Qaynarinfo xəbərr verir ki, bu barədə "Report”a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.
"Dekabrın 12-də Rusiyanın enerjisisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq, saat 08:52-dən 20:51-dək Azərbaycan enerjisistemi Rusiya enerjisisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 MVt gücündə elektrik enerjisi ilə təmin edib", - deyə o qeyd edib. 
Y.Babanlı vurğulayıb ki, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış "Qəza vəziyyətində qarşılıqlı yardım" müqaviləsi əsasında həyata keçirilib.
Qeyd edək ki, 2018-ci ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə çərçivəsində hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb. Bu xüsusda, elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi 16,4 milyon kilovatt/saat, Azərbaycandan Rusiyaya ixracın həcmi isə 32,4 milyon kilovatt/saat təşkil edib.