Xəbər lenti

Azərbaycan sabah hansı idmançı ilə Olimpiadaya start verəcək?
İdman14:39 04.08.2016

Azərbaycan sabah hansı idmançı ilə Olimpiadaya start verəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rio Olimpiadasının start günündə mübarizəyə başlayacaq Azərbaycan yığmasının idmançısının adına aydınlıq gəlib. 

Qaynarinfo.Az xəbər verir ki, bu, kamandan oxatanımız Olqa Senyukdur. Milliləşdirilmiş 25 yaşlı idmançımızın təmsil olunacağı növdə artıq püşk də atılıb. Təmsilçimiz sabah B qrupunda hədəf önünə keçəcək. O, 19-cu zolaqdan dəqiqliyini yoxlayacaq.

Kamandan oxatmada qadınların fərdi yarışlarının təsnifat mərhələsi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Burda 1/32 finalda yarışacaq cütlüklər müəyyənləşəcək. Yarışın mükafatçıları avqustun 6-da bilinəcək.

Qeyd edək ki, Azərbaycan bu Olimpiadada 56 idmançı ilə təmsil olunur.

Qaynarinfo.Az