Xəbər lenti

Ölkə 17:19 27.01.2023

Azərbaycan səfirliyinə hücum edən Yasin Hüseynzadənin fotoları

Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçunun görüntüləri yayılıb.
 
Qaynarinfo xəbər verir ki, bu gün Tehrandakı səfirliyimizə terror hücumu həyata keçirən Yasin Hüseynzadənin ilk fotolarını təqdim edirik:




Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->