Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 47 743,3 milyon ABŞ dolları təşkil edib.
Qaynarinfo xəbər verir ki, bunun 86,6%-i və yaxud 41 349,5 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 13,4%-i və yaxud 6 393,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 838 milyon ABŞ dolları və yaxud 3,7% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 973,8 milyon ABŞ dolları və yaxud 4,55% azalma, AMB-nin valyuta ehtiyatlarında isə 135,8 milyon ABŞ dolları və yaxud 2,2% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 691,4 milyon ABŞ dolları və yaxud 3,7% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 076,2 milyon ABŞ dolları və yaxud 2,7%, AMB-nin valyuta ehtiyatları isə 615,2 milyon ABŞ dolları və yaxud 10,65% artım nümayiş etdirib.
|
ARDNF-nin
valyuta ehtiyatları
(milyon ABŞ dolları) |
AMB-nin
valyuta ehtiyatları
(milyon ABŞ dolları) |
Azərbaycanın
valyuta ehtiyatları
(milyon ABŞ dolları) |
| 01.04.2020 |
41 349,5 |
6 393,8 |
47 743,3 |
| 01.01.2020 |
43 323,3 |
6 258,0 |
49 581,3 |
| 01.10.2019 |
42 524,4 |
6 034,1 |
48 558,5 |
| 01.07.2019 |
42 463,7 |
5 939,4 |
48 403,1 |
| 01.04.2019 |
40 273,3 |
5 778,6 |
46 051,9 |