Xəbər lenti

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır
Ölkə06:29 23.05.2013

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NATO Parlament Assambleyasının (PA) yaz sessiyasında Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlı taqımı ilə bağlı məsələ də qaldırılıb.

Bu barədə Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov qeyd edib ki, NATO PA-da 2014-cü ildə ABŞ-ın, ümumiyyətlə NATO üzvü və tərəfdaş ölkələrə məxsus qüvvələrin Əfqanıstandan çıxarılması, orada təhlükəsizliyin yerli silahlı qüvvələr tərəfindən təmin olunması məsələsi qaldırılıb: “Düzdü, suallar doğdu ki, biz oradan çıxandan sonra təhlükəsizliklə bağlı problemlər və s. yarana biləcək. Amma yekunda qərar o oldu ki, NATO qüvvələri, o cümlədən bizim 94 nəfərlik taqımımızın gələn ilin əvvəlindən Əfqanıstandan çıxarılmasına başlanılacaq”.

Qaynar.info