Bakı-Şamaxı şosesinin 15-ci kilometrliyində "Azərbaycan Sueprmarekt" MMC-yə məxsus anbardan oğurluq edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, anbardan 16 ədəd "Lenovo" markalı noutbuk oğurlanıb. Bununla da şirkətə 18 795 manat ziyan vurulub.
Araşdırmalar zamanı oğurluğu şirkətin İlyas adlı işçisinin etdiyi məlum olub. Həmin şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılıb. İlyas məhkəmə zamanı özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib. Müttəhim əlavə edib ki, cinayətdə ondan başqa da iki nəfər iştirak edib.
Məhkəmə onun ifadəsini özünümüdafə kimi qiymətləndirib.
Hakim Vaqif Həsənovun çıxardığı hökmə əsasən, müttəhimə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Seyid
Şərhlər