Xəbər lenti

​Azərbaycan TANAP-dakı payını satmayacaq
Ekonomiks15:56 15.04.2015

​Azərbaycan TANAP-dakı payını satmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsindəki iştirak payını satmaq niyyətində deyil.
"Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib: "SOCAR-ın TANAP-dakı payını satmaq fikri yoxdur. Bununla bağlı danışıqlar da aparılmır".
S.Qasımov xatırladıb ki, Dövlət Neft Şirkəti TANAP layihəsində 58% paya malikdir və müvafiq dövlətlərarası razılaşmaya əsasən, bu pay 51%-dən az ola bilməz: "Türkiyə TANAP-dakı payını satmaq istəyirsə, bu onların öz işidir".
Qaynar.info