
Bu gün futzal üzrə millimiz dünya çempionatının pley-off mərhələsində Hollandiya ilə qarşılaşıb və tarix yazıb.
Qaynar.info xəbər verir ki, ötən ay Almere şəhərində Hollandiyaya 5:1 hesabı ilə qalib gələn yığmamız bu dəfə Bakıda bu komanda ilə heç-heçə edib - 4:4. Yığmamızdan qolları Rizvan Fərzəliyev (11:11), Amadeu (14:06), Eduardo (19:56), Rafael (25:27), Hollandiyadan isə Tevfik Ceyar (13:49), Mats Velsebur (15:51), Karim Mossaui (25:13) və Mohamed Attaibi (27:38) vurub.
Bu nəticə isə yığmamızın bu ilin sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada keçiriləcək dünya çempionatına çıxması üçün yetərli olub.
Qeyd edək ki, yığmamız 4 dəfə Avropa çempionatında iştirak etsə də, ilk dəfə dünya birinciliyinə vəsiqə qazanır.
Qaynar.info