Xəbər lenti

Azərbaycan telekanalları yayımını dayandıracaq
Ölkə13:50 07.06.2019

Azərbaycan telekanalları yayımını dayandıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 10-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq.
"Teleradio” İstehsalat Birliyindən Qaynarinfo-ya verilən məlumata görə, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.
Birinci profilaktika martın 4-də keçirilib, ikincisi iyunun 10-da, üçüncüsü sentyabrın 16-da və dördüncüsü dekabrın 9-da keçiriləcək.