Xəbər lenti

Azərbaycan təmsilçisi Fransada qızıl medal qazandı
İdman08:04 06.07.2022

Azərbaycan təmsilçisi Fransada qızıl medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanı təmsil edən atlet Aleksis Kopello Fransanın Sotteville-les-Rouen şəhərində keçirilmiş beynəlxalq turnirdə uğurlu nəticə göstərib.
Qaynarinfo xəbər verir ki, Kuba əsilli idmançı qızıl medal qazanıb. Üç təkanla tullanmada çıxış edən 37 yaşlı atlet "Meeting International de Sotteville 2022" yarışında 16.81 metr nəticə ilə yadda qalıb.
Kopello 2017-ci ildən Azərbaycan millisində çıxış edir.
Səbuhi Həsənov