Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı qonşu ölkədə cinayət işi açılıb.
Bunu ölkənin Moskva Regionlararası İstintaq İdarəsinin nəqliyyat üzrə baş köməkçisi Larisa Markovets bildirib.
Onun sözlərinə görə, qəza baş verməsinə təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu ehtimal edilir.
"İstintaq qrupu hadisə yerinə gedib, hadisənin səbəbləri araşdırılır. İstintaqın gedişində təyyarənin texniki vəziyyəti diqqətlə yoxlanılacaq, ekipajın və yer xidmətlərinin hərəkətlərinə qiymət veriləcək", - deyə o əlavə edib.
Xatırladaq ki, "Gulfstream” markalı təyyarə bu gün saat 13:00-da Bakı-Moskva aviareysi üzrə xüsusi uçuş həyata keçirib. ("Report”)
***16.05
Azərbaycana məxsus təyyarə Rusiyada hava limanına eniş edərkən zolaqdan kənara çıxıb.
Qaynarinfo xəbər verir ki, hadisə Moskvada yerləşən Şeremetyevo hava limanında baş verib.
Azərbaycanın "Silk Way Business Aviation” şirkətinə məxsus sərnişin təyyarəsi hava limanına enərkən qarlı zolaqdan kənara çıxıb. Təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb.