XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan turizm reytinqində 56-cı yerdə qərarlaşıb
Ekonomiks17:00 20.08.2026

Azərbaycan turizm reytinqində 56-cı yerdə qərarlaşıb

Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı əsas çağırışlar müəyyənləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında qeyd olunub.

Sənəddə bildirilir ki, Dünya İqtisadi Forumu tərəfindən dərc edilən “Səyahət və Turizmin İnkişafı İndeksi 2024” hesabatına əsasən, Azərbaycan turizmin inkişaf səviyyəsinə görə hesabatla əhatə olunan 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb.

Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Qırğızıstanı (102-ci yer), Tacikistanı (99), Özbəkistanı (78) və Ermənistanı (72) qabaqlayır.

Bununla yanaşı, Azərbaycan Gürcüstan (45) və Qazaxıstandan (52) geridə qalır. Belə ki, ölkəmiz Gürcüstandan 11, Qazaxıstandan isə 4 pillə aşağıda qərarlaşıb.

Tədbirlər Planında qeyd olunur ki, aparılan təhlil və qiymətləndirmələr, maraq qrupları ilə müzakirələr, statistik müayinələr və sorğuların nəticələri ümumiləşdirilərək Azərbaycanda turizm sahəsinin inkişafı üçün əsas çağırışlar müəyyən edilib.

Günay