Xəbər lenti

Azərbaycan Türkiyə ilə birgə hərbi texnika istehsal edəcək
Ölkə07:34 20.05.2013

Azərbaycan Türkiyə ilə birgə hərbi texnika istehsal edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda yaxın vaxtlarda ASELSAN-ın lisenziyası ilə BOA termal silah durbininin istehsalına başlanacaq.

Bu barədə APA-ya ASELSAN şirkətindən məlumat verilib.

Artıq termal sistemin istehsalı ilə bağlı müvafiq texnologiyalar Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin «Optika» İstehsalat Birliyinə verilib. Qeyd edək ki, hazırda ASELSAN-ın lisenziyası ilə Azərbaycanda «Təkgöz» adlanan optik görüş sisteminin istehsalı davam etdirilir.

ASELSAN-dan o da bildirilib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən şirkətin istehsalı olan «Şahingözü» elektro-optik sistemi,

«Piton» adlı termal silah durbini, AN-AVS 6 pilot gecə görüş sistemi və lazer məsafə ölçərlər geniş istifadə olunur.

Qaynar.info