Bu ilin ikinci rübündə Azərbaycan Türkiyədə 995,45 kiloqram qızıl alıb.
Qaynarinfo marja.az-a istinadən xəbər verir ki, "Digər yarım işlənmiş formalarda (çubuqlar, tellər və profillər, plitələr, təbəqələr və 0,15 mm-dən çox qalınlığı olan zolaqlar)" təxminən bir ton qızılı kimim aldığı bilinmir.
İxrac həcmi 60 milyon 713 min dollar olub.
2017-ci ilin birinci yarısında bu ölkəyə 1247,48 kq (50,9 milyon dollar) və sikkə üçün istifadə edilən 355,35 kq qızıl (13,9 milyon dollar) ixrac edilib.
Bu il Azərbaycanın qızıl ixracından əldə etdiyi gəlirlər 2017-ci ilin birinci yarısına nisbətən 6,5% azalıb.
Azərbaycanda qızıl istehsalçısı və ixracatçsı "Anglo-Asian Mining Company" (Böyük Britaniya) və dövlət "AzərGold" QSC-dir.
2017-ci ildə Azərbaycanın qızıl ixracından əldə etdiyi gəlirlər (3360.59 kq) 139.3 milyon dollar olub.