Xəbər lenti

Azərbaycan Ukraynanın enerji sisteminin bərpası üçün 10 humanitar yardım göndərdi
Ölkə16:09 09.10.2023

Azərbaycan Ukraynanın enerji sisteminin bərpası üçün 10 humanitar yardım göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Genişmiqyaslı müharibə başlayandan bəri Azərbaycan Ukraynanın enerji sisteminin bərpası üçün 10 humanitar yardım göndərib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu ilin sonuna qədər yeni yardım partiyasının tədarükü gözlənilir.
Həmçinin bildirilib ki, Ukraynanın energetika naziri German Qaluşenko və Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev neft-qaz sənayesində əməkdaşlığı, xüsusən də ehtiyatların saxlanması və tranziti məsələsini müzakirə ediblər.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.