
ABŞ-ın Minesot ştatından olan bəstəkar və dirijor Ceyms Touçi-Peters yalnız varlılar üçün nəzərdə tutulmuş “Netropolitan” adlı sosial şəbəkə yaradıb.
“TexnoBaz”ınverdiyi xəbərə görə, sayta üzv olmaq üçün ilkin 6 min ABŞ dolları,sonrakı hər ay üçün 3 min ABŞ dolları abunə haqqı ödəmək lazımdır.
Şəbəkənin yaradıcısı hesab edir ki, qiymətin yüksək olmasınabaxmayaraq, bu xidmət varlılar arasında populyarlıq qazanacaq, çünkizənginlər özlərini daha aşağı təbəqələrdən nə qədər təcrid etsələr də,daha təhlükəsiz məkanda bir-birləri ilə paylaşmaq ehtyacı hiss edirlər.
“Netropolitan” istifadəçiləri “Facebook”da olan bütün oxşar funksiyalardan bəhrələnə bilər. Üstünlük isə heç bir reklamın olmaması və limitsiz yaddaşdır.
Touçi-Petersin bildirdiyinə görə, artıq yüzlərlə zəngin insanşəbəkəyə üzv olub, amma onların kimlyi “qapalı elit klub”un qaydalarınagörə gizli saxlanılır.
Qeyd edək ki, “Netropolitan” məhdud çevrəyə hesablanmış ilk sosialşəbəkə deyil. Əgər əvvəllər sosial şəbəkələr daha geniş kütlə üçünyaradılırdısa, indi bazarı öz inhisarında saxlamağı bacaran “Facebook”,“Twitter” kimi nəhəng oyunçular üzündən daha dar çevrələrə xitab edilir.Lakin buna qədər bu cür qapalı şəbəkələrə üzv olmaq üçün sadəcə konkretkriteriyalar qoyulur, ödəniş tələb olunmurdu. Məsələn, “Eleqt”ə üzvolmaq üçün London, Paris, Nyu-York, Los-Anceles kimi nəhəngmeqapolislərdəki zəngin pent-houslardan birində yaşamalıydın. Və yaAffluence.org-a üzv olmaq pulsuz olsa da, istifadəçinin sərvəti minimum 3milyon dollar olmalıydı.
Amma ilk dəfədir ki, həm üzvlüyü, həm də abunəlyi bu qədər yüksəkolan şəbəkə yaradılır. Bu şəbəkənin dünya və Azərbaycan zənginləriarasında populyarlıq qazanıb-qazanmayacağını zaman göstərəcək.
Çünki bütün dünyada olduğu kimi, Azərbaycan zənginləri də “Facebook”kimi şəbəkələrdə öz hesabları ilə oturmaqdan yayınır, ən yaxşı haldarəsmi səhifələr açırlar. Risk edib kütləyə açıq şəbəkələrə üzv olanlarınşəxsi paylaşımları isə dərhal media səhifələrinə yol tapır.“Netropolitan” kimi şəbəkələr isə onları bu kimi problemlərdənəhəmiyyətli dərəcədə sığortalaya bilər.
Qaynar.info