Xəbər lenti

Azərbaycan və Ermənistanda oynamış bakılı futbolçu vəfat etdi
İdman11:32 14.10.2016

Azərbaycan və Ermənistanda oynamış bakılı futbolçu vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Neftçi”nin veteran futbolçusu Aleksandr Syomin 73 yaşında Moskvada vəfat edib. 

Qaynarinfo.Az xəbər verir ki, 1943-cü il avqustun 9-da Bakıda anadan olmuş Syomin 1963, 1967-1972-ci illərdə “Neftçi”nin heyətində 94 oyunda meydana çıxıb. Syomin bundan başqa, qısa müddət Qazaxıstanın "Kayrat" və Ermənistanın "Ararat" (İrəvan) klublarında çıxış edib.

Müdafiəçi olan Aleksandr Syomin SSRİ yığmasında da 1 oyun keçirib. Həmin matç 1968-ci ilin iyunun 16-da Avstriya millisinə qarşı olub. Maraqlıdır ki, Aleksandr Syomin həmin matça SSRİ millisini kapitan kimi çıxarıb.

Qaynarinfo.Az