Xəbər lenti

Azərbaycan və Rusiya birgə körpü tikəcəklər
Ekonomiks04:30 14.08.2013

Azərbaycan və Rusiya birgə körpü tikəcəklər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Körpü Yaraq-Qazmalar – Samur buraxılış məntəqələri rayonunda inşa olunacaq

Azərbaycan və Rusiya Samur çayı üzərində avtomobil körpüsünün tikintisi ilə bağlı razılığa gəlib.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, müvafiq hökumətlərarası saziş Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin nəqliyyat nazirləri Ziya Məmmədov və Maksim Sokolov tərəfindən imzalanıb.
 
Qeyd edək ki, Samur çayı üzərindəki körpü Azərbaycan və Rusiya arasında avtomobil yükdaşımalarını təmin edən nəqliyyat sisteminin əsas həlqəsidir. Tərəflər körpü keçidinin qeyri-məqbul vəziyyətini və məhdud buraxılış qabiliyyətini, eləcə də bu ərazidə yükdaşımaların həcminin getdikcə artmasını nəzərə alaraq Yaraq-Qazmalar (Rusiya) - Samur (Azərbaycan) buraxılış məntəqələri rayonunda yeni körpünün inşasının zəruriliyi haqqında yekun fikrə gəliblər. Mövcud körpünün təmiri və yeni körpünün inşası üçün razılıq əldə olunub.

www.qaynar.info