Xəbər lenti

Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
Ölkə07:24 28.06.2020

Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiqləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi 20 may 2016-cı ildə təsdiq edib.