Xəbər lenti

Azərbaycan və Türkiyə arasında yoldaşlıq görüşü keçiriləcək
İdman11:44 25.03.2026

Azərbaycan və Türkiyə arasında yoldaşlıq görüşü keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan mədəniyyət və incəsənət nümayəndələrindən ibarət futbol üzrə milli komandamız bu dəfə qardaş Türkiyənin incəsənət nümayəndələrindən ibarət komandasıyla yoldaşlıq görüşü keçirəcək.
Qaynarinfo xəbər verir ki, görüş xeyriyyə məqsədilə baş tutacaq.
Türkiyə millisinin heyətində Erkan Kolçak Köstandil, Kubilay Aka, Deniz Cem, veteran futbolçu Hasan Kabze və başqa tanınmış simalar iştirak edəcəklər.
Aprelin 4-ü, saat 20:00-da Bayıl Arenada keçiriləcək yoldaşlıq görüşünün biletlərini iticket.az saytından əldə edə bilərsiniz.
https://iticket.az/az/events/sport/azerbaijan-vs-turkeySM 
Oyundan sonra Azərbaycan və Türkiyə incəsənət nümayəndələri konsert proqramıyla çıxış edəcəklər.